“Dünyanın sonu üçün” xüsusi dəstlər satılır
25 Noyabr 2012 05:15 (UTC+04:00)
Tomsk mağazalarına üzərində "Dünyanın sonu üçün" yazısı olan ən vacib məhsullardan ibarət dəstlər daxil olub. Dəstə ilk tibbi yardım üçün tələb olunan dərman preparatları (valerian, bint, validol və s.), qarabaşaq, konservlər, spirtli içki, bloknot, qələm, şam, kibrit qutusu, sabun və s. daxil edilib.
Satıcıların sözlərinə görə, dəstin alıcıları da az deyil. Artıq bu ideyanın yaxşı gəlir gətirdiyini görən sahibkarlar məhsulun digər regionlara da sifarişlə çatdırılmasını təşkil ediblər.
İnci
AzNews.az