“Ordumuzun dinc əhaliyə atəş açması barədə məlumatlar yalandır” - MN

22 İyul 2016 10:25 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə tam riayət edir və beynəlxalq hüquq prinsiplərinə və humanitar normalara uyğun olaraq heç bir halda mülki əhali və obyektləri hədəf seçmir: "Bu kimi məlumatların yayılmasında Ermənistan hakimiyyətinin məqsədi hazırkı durumda cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək və planlaşdırdıqları təxribatlara qabaqcadan haqq qazandırmaqdır".