Türkiyə şəhidlərinin xatirəsinə cənazə namazı qılınacaq - Azərbaycanda

22 İyul 2016 10:57 (UTC+04:00)

Bunu Şəkidə vətəndaşlarla görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, bununla bağlı Azərbaycanın bütün məscidlərinə tapşırıq verilib: "Bu gün cümə namazından sonra ölkədəki bütün məscidlərdə Türkiyədə dövlət çevrilişinin qarşısını alan zaman həlak olan şəhidlərin xatirəsi anılacaq, onların qaibanə cənazə namazı qılınacaq, ruhlarına dua oxunacaq".

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETO) iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd göstərib. Bu zaman 246 nəfər şəhid olub, 2 mindən artıq insan yaralanıb.

Report.az