26 yaşlı gənci ilan sancdı - Şəmkirdə
22 İyul 2016 11:23 (UTC+04:00)
AzNews.az Region TV-yə istinadən xəbər verir ki, kənd sakini, 26 yaşlı Elvin Həsənov həyətyanı sahəsində işləyərkən sol əlindən ilan sancıb. O, dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. E.Həsənova lazımi tibbi yardım göstərilib və palataya yerləşdirilib, müayinə və müalicəsi davam etdirilir.
Xəstə reanimasiya şöbəsinə daxil olarkən sol əlində qızartı, şişkinlik, qançır aşkar olunub. Dərhal xəstəyə lazımi intensiv yardımlar göstərilib. Xəstəyə ilan əleyhinə zərdab vurulub. E.Həsənovun vəziyyəti hazırda orta-ağırdır, dinamik müşahidəsi davam etdirilir".
