Ölkəyə qanunsuz gətirilən zinət əşyaları aşkarlandı

22 İyul 2016 11:38 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, yoxlama başlamazdan əvvəl gömrüyə mütləq qaydada bəyan olunası əşyaların olub-olmamasına dair sorğu-sual zamanı o, çantasında zərgərlik məmulatlarının olduğunu bildirib. Həmin şəxsin çantasına baxış keçirilən zaman oradakı 1 ədəd bağlamanın içərisindən gömrük nəzarətinə təqdim edilməyən, əvvəlcədən şifahi, elektron formada bəyan olunmayan 13 ədəd boyunbağı aşkar olunub. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sərnişinin üzərində aparılan şəxsi yoxlama zamanı 3 ədəd bağlamada zərgərlik məmulatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan əşyalarla bağlı aparılan fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası nəticəsində məlum olub ki, vətəndaşdan aşkar edilən 585 əyarlı qızıldan hazırlanmış 94 adda məmulatın xalis çəkisi 575,19 qramdır.

Faktla bağlı araşdırma aparılır.