Fərəcovdan İsgəndərova 3500 hektarlıq zərbə - Novxanı, Fatmeyi və Goradil Sumqayıta verildi

22 İyul 2016 12:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sözügedən qəsəbələrin taleyi ilə bağlı qərarı bu günlərdə verilib. Verilən məlumata görə, hazırda hər üç qəsəbədə aparılan tikinti işlərinə bir aylıq məhdudiyyət qoyulub. Bu da sözügedən ərazilərdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına verilən qeyri-qanuni "icazələr"in araşdırılması ilə bağlıdır. Daha çox dəbdəbəli bağ evlərinin tikintisinin aparıldığı bu ərazilərdə insanlardan külli-miqdarda pul alındığı söylənilir.

Qeyd edək ki, 1 ay əvvəl Novxanı qəsəbəsinin Sumqayıt tərəfinə vurulan "Sumqayıta xoş gəlmisiniz" giriş tablosunun Xaləddin İsgəndərov tərəfindən bulduzerlərlə sökdürmüşdü və bu da qalmaqala səbəb olmuşdu.

Azər
AzNews.az