“Bandotdel”ə çağırılan baş redaktor sərbəst buraxıldı - Yenilənib
22 İyul 2016 18:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Şəmşad Ağa məlumat verib.
Onun sözlərinə görə, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək onu saat 15:00-da idarəyə çağırıb. Şəmşad Ağa bildirib ki, ona idarəyə çağırılmasının səbəbi deyilməyib.
13:10
***
Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılan Arqument.az-ın baş redaktoru Şəmşad Ağa təqribən iki saat davam edən soruşdurmadan sonra sərbəst buraxılıb.
Şəmşad Ağanı bir müddət öncə həbs edilən JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun işi ilə bağlı şahid qismində dindiriblər.