Gəncədə qəza - Yaralananlar var

22 İyul 2016 15:36 (UTC+04:00)

Hadisə Gəncənin qala qapılarının yanında qeydə alınıb. Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Röyal Quliyev idarə etdiyi "VAZ 2106" ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dərəyə düşüb. Qəza zamanı sürücü və sərnişin, 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az