Əsgərlərdən tapılan dollarların sirri - Gülən dua oxuyubmuş

22 İyul 2016 17:24 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan əsgərlərin üzərində müəyyən hərflərlə işarələnmiş bir dollarlıq əskinaslar aşkarlanıb. İddia olunur ki, Fətullah Gülən bu pullara dua oxuyub. Polislərin apardığı əməliyyat nəticəsində dollar üzərindəki hərflərin "darbeci" əsgərlərin rütbələrini göstərdiyi öyrənilib.

Belə ki, üzərində "F" hərfi olan dollarlar Fətullah Gülənə yaxın rütbəlilərə verilib. Üzərində "J" və "C" işarəsi olanlar isə daha alt rütbə daşıyıcıları olub. İddiaya görə, "darbeci" əsgərlər bir-birlərini bu işarələr vasitəsilə tanıyıblar.

Polis tərəfindən aşkarlanan pullar ədliyyə orqanlarına göndərilib.

Aydan AXUNDOVA