Prezident büdcədən 2,1 milyon ayırdı - Cəlilabada

22 İyul 2016 18:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"1. İyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər".