Toy avtobusu qəzaya uğradı – 16 nəfər həlak oldu
25 Noyabr 2012 09:22 (UTC+04:00)
Hindistanda qonaqları toya aparan avtobus dərəyə aşıb. Hadisə Udhampur dairəsində, dağlıq yolda baş verib. Qəza anında avtobusda 60 nəfər olub, onlardan 16-sı həlak olub, 44-ü isə yaralanıb.
AzNews.az-ın yerli KİV–lərə istinadən verdiyi xəbərə görə, avtobus 100 metr dərinliyi olan dərəyə yuvarlanıb.
Xatırladaq ki, bu hadisə son bir həftədə Hindistanda baş vermiş ikinci faciədir. Noyabrın 19-da hindlilərin ənənəvi Çxatx bayramı zamanı yaranmış sıxlıq nəticəsində 8-i uşaq olmaqla 18 nəfər həlak olmuşdu.
İnci
AzNews.az