Qiyamdan sonra 11 min türkün pasportu ləğv edildi

22 İyul 2016 20:51 (UTC+04:00)

Bu barədə yerli NTV telekanalına ölkənin daxili işlər naziri Efkan Ala bildirib.

"Bu gün Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra 10 856 nəfərin pasportunu ləğv edib", - ölkənin DİN rəhbəri deyib.

Qeyd edək ki, iyulun 18-də türkiyəli məmurlara ölkəni tərk etməyə qadağa qoyulub. Həmçinin xüsusi göstərişlərə qədər dövlət işçilərinin məzuniyyətə buraxılması da dayandırılıb.


Oxu.Az