Rauf Arifoğlu 50-ni ötdü - Fotolar

23 İyul 2016 10:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rauf Arifoğlu 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ildə isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın Divan üzvü, başqan müavini olub. 2015-ci il iyulun 15-də partiya üzvlüyündən çıxıb. 2015-ci ilin iyulunda "Əməkdar Jurnalist" adı ilə təltif olunub. İyirmi yeddi ildir "Yeni Müsavat"ın baş redaktorudur. Evlidir, 3 övladı var.

AzNews.az kollektivi olaraq Rauf Arifoğlunu ad günü münasibətilə təbrik edir, can sağlığı, daha böyük uğurlar arzulayırıq.