Yağış Zaqatala və Balakəni vurdu - Ağaclar, elektrik dirəkləri aşdı

23 İyul 2016 10:52 (UTC+04:00)

AzNews.az Region TV-ə istinadən xəbər verir ki, təxminən yarım saat ərzində davam edən yağış hər iki rayonda da ciddi fəsadlar törədib.

Bəzi ərazilərdə ağaclar və elektrik dirəkləri aşıb. Yaşayış yerləri və inzibati binaların dam örtüyü uçub. Güclü külək həmçinin Balakən rayon Mərkəzi xəstəxanasının dam örtüyünü də uçurub. Təsərrüfat sahələrinə, xüsusilə də arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.
Bölgədə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda ərazidə güclü külək müşahidə olunur.