İrandan Azərbaycana gələn şəxsdə heroin aşkarlandı

23 İyul 2016 11:13 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Raspublikasindan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7.208 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.