Türkiyədə 2000-dən çox təhsil müəssisəsi bağlandı - Fətullah Gülənə görə
23 İyul 2016 11:32 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə vəziyyət çərçivəsində alınan tədbirlərə dair ilk Qanun Hökmündə verilən Fərmanda qeyd edilib. Fərmanda həmçinin şübhəlilərin saxlanma müddətinin 30 günədək uzadıldığı qeyd edilib.
Aparılan istintaqlar çərçivəsində vəzifə və rütbəsindən asılı olmayaraq, dövlət vəzifəliləri də daxil olmaqla bütün şübhəlilər, zərərçəkmişlər və şahid ifadələri ədliyyə vəzifəliləri tərəfindən də alına bilər.
Qeyd edək ki, iyulun 15-dən 16-sına keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Çevriliş cəhdində Fətullah Gülən ittiham edilir. Bu səbəbdən Gülənlə bağlılığı olan bütün obyektlər bağlanılır. Fərmanla fəaliyyəti dayandırılan təhsil müəssisələrinin də Fətullah Gülənlə əlaqəli olduğu ehtimal edilir.
Aydan AXUNDOVA