Dünyanın ən uzun saçlı oğlanı - FOTO

25 Noyabr 2012 11:55 (UTC+04:00)
Droqobıç şəhərinin 12 yaşlı sakini Artur Pokos ən uzun saçlı uşaq kimi Ginnesin Rekordlar Kitabına düşmək istəyir. Onun saçının uzunluğu 104 santimetrdir. Ukraynadan olan Arturun anası Vera Pokosun sözlərinə görə, uşaq doğulanda onun çox qalın saçları var idi və qadının körpəsinin saçını kəsməyə ürəyi gəlmirdi.

"Mən şadam, ki başqalarından seçilirəm. Saçlarım uzun olsa da, mənə mane olmur. Yalnız bir narahatçılığım var - saçlarıma ğörə sinifdə axırıncı partada oturmalı oluram, çünki hamı mənim hörüklərimdən dartır" - Artur deyir.

Saçlarını oğlan həftədə bir dəfə uşaq şampunu və çobanyastığı dəmi ilə yuyur. Hər saçını yuyanda ona 2 ədəd şampun tələb olunur. Arturur "hörükləri" 12 saata quruyur.

Oğlan saçlarını hər zaman belə uzun saxlamağı düşünmür. Çünki onun arzusu hərbçi olmaqdır.

İnci
AzNews.az