Qadın ərini qətlə yetirdi - Bakıda

23 İyul 2016 12:01 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.