Niqablı İŞİD-çi kişilər yaxalandı - Sürməsiz gözləri onları “satıb”

23 İyul 2016 12:02 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Manbica adlanan ərazidə qeydə alınıb. Saxlanılan şəxslərin əslində qadın paltarlı kişilər olduğu məlum olub. Araşdırmalar zamanı ənənəvi müsəlman geyimi niqabdan istifadə edərək maskalanmağa çalışan şəxslərin İŞİD terror qruplaşmasının üzvü olduğu üzə çıxıb.

Terrorçuları bu addımı atmağa məcbur edən səbəb isə, Manbicanın son zamanlar tamamilə mühasirəyə alınmasıdır. Təhlükə səbəbindən terrorçular maskalanaraq ərazini tərk etməyə cəhd ediblər. Lakin boyanmamış gözləri və formaya salınmamış qaşları onları ələ verib.

Xatırladaq ki, terrorçuların qaçmaq üçün qadın cildinə girməsi faktı ilk dəfə qeydə alınmır. Bundan öncə də onlarla terrorçu Aleppodan qaçmaq üçün don geyinmişdi.



Aydan AXUNDOVA