Ayağını mişarladı, qanaxmadan öldü

23 İyul 2016 14:21 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də Quba rayonunun Adur kəndində yaşayan Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Araşdırma aparılır.