72 yaşlı baba nəvəsinin xatirinə maneken oldu - FOTO

25 Noyabr 2012 13:43 (UTC+04:00)

Təqaüdçülərin əksəriyyəti əlavə qazanc məqsədilə müxtəlif işlərə əl atırlar. Biriləri ofislərdə təmizlik işləri görür, digərləri tanınan məhsulların kataloqunu yayır və s.

Çinli babanın fotomodel karyerası qadın paltarlarının nümayişindən başladı. Lyu Syanpita bu məsələyə qeyri-ənənəvi yanaşıb. 72 yaşlı təqaüdçü nəvəsinin yaratdığı qadın libaslarının nümayişi ilə məşğuldur. İndi çoxları Lyu Syanpitanı internet–mağazada maneken kimi qəbul edir və sevir.

Kişi paltar, palto, gödək ətəklərin nüməyişi ilə məşğuldu və öz karyerasında heç bir qeyri-adilik görmür. Onun şəkilləri nəvəsinə qazanc, babaya isə məşhurluq və sevinc gətirir. Bir çoxları internet-mağazaya məhz qeyri-adi modeli görmək üçün gəlirlər.

AzNews.az-ın "uznayvse.ru" saytına istinadən verdiyi xəbərə görə, yeni işindən razı qalan baba həm bu biznesin gətirdiyi gəlirdən də məmnundur.

İnci
AzNews.az