Prezident daha bir yolun tikintisinə pul ayırdı

23 İyul 2016 19:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda qeyd olunur:

28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.