50 ərəb şeyxi Salyanda – ŞOK

25 Noyabr 2012 13:54 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin xətti ilə Azərbaycana gələn ərəb şeyxləri Salyan rayonuna səfər ediblər.

Səfərin əsas məqsədi rayon ərazisində olan Dövlət Qoruqlarının birində "Qırmızı Kitab"a düşən berzek quşlarını ovlamaqdır.

Şahidlərin sözlərinə görə, şeyxlər çadırlar quraraq özləri ilə gətirdikləri xüsusi təlim görmüş qartalları səmaya buraxaraq quşları ovlayırlar. Ova həmçinin hazırlıq keçmiş itlər də qoşulub.

Xatırladaq ki, bir müddət əvvəl də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini xətti ilə Azərbaycana gələn ərəb şeyxlərindən biri də Azərbaycanda ova çıxıb.

AzNews.az