63 yaşlı diaspor rəhbərimiz gənc ukraynalı sevgilisiylə - Fotolar

25 İyul 2016 09:49 (UTC+04:00)

Ukraynadakı mənbənin verdiyi məlumata görə, T. Əliyev artıq rəsmi tədbirlərə Alyona Solyanik adlı gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır.

Övladları və nəvələri olmasına baxmayaraq gənc ukraynalı xanımla yaşayan T. Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir. Keçmiş səfir həyatından məmnun qaldığını bildirib.

Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri olub. O, buna qədər Ukrayna Azərbaycanlıları konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir.

Moderator.az