Gəncədə bıçaqlanma

25 İyul 2016 10:18 (UTC+04:00)

Hadisə şəhərin Atatürk prospektində yerləşən yataqxanaların birində qeydə alınıb.

Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Yaşar Rzayev bıçaqlanıb. O, xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vaxtında əməliyyat olunan Yaşar Rzayevain həyatını xilas etmək mümkün olub. Yaşar Rzayevi qonşusu bıçaqladığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com