AzTV-nin aparıcısına İTV-də vəzifə verildi

25 İyul 2016 12:05 (UTC+04:00)

AzNews.az-a daxil olan məlumata görə, teleaparıcı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya şöbəsinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, sözügedən departamentin rəisi Rauf Rəcəbovdur. O, bu posta bir neçə həftə əvvəl gətirilib.

Qeyd edək ki, R.Mehdili iyulun 17-dən etibarən İTV-də veriliş aparır. O, "Həftənin Yekunu" proqramında verilişin müəllifi və aparıcısı, hazırda yay məzuniyyətində olan Şaiq Məmmədovu əvəzləyib.

Bahar RÜSTƏMLİ
AzNews.az