Qadın alveri ilə məşğul olan şəxs yaxalandı

25 İyul 2016 12:36 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, insan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nərminə Məcidovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.