Kredit borcundan yayınmaq üçün bu üsula əl atdı - Tutuldu

25 İyul 2016 12:44 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il iyun ayının 22-də Şirvan şəhər sakini, əvvəllər məhkum olunan Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq "Daewoo" markalı avtomobilinin alınmasını bildirib.

Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı N.Nəhmədovun "Nikoyl Bank"a olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilib.