Bakıdan Batumiyə avtobus reysinin qiyməti qalxdı

25 İyul 2016 13:24 (UTC+04:00)

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq.

Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir.

Qeyd edək ki, Bakıdan Batumiyə avtobus reysinin açılacağı ilə bağlı verilən ilk xəbərdə qiymət 25 manat göstərilirdi.

APA.az