Qadın evində qətlə yetirildi - Sumqayıtda

25 İyul 2016 14:26 (UTC+04:00)

Şəhər sakini Gülyaz Musayevanın bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ramil Əbilov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com