““FETÖ” ilə əlaqəli səfirlər işdən çıxarılacaq” - Çavuşoğlu
25 İyul 2016 15:17 (UTC+04:00)
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" kanalına müsahibəsində deyib.
Vaxtilə Türkiyə XİN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: "Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib".
M. Çavuşoğlu bildirib ki, bu şəxsləri təsbit etmək üçün nazirlik ciddi şəkildə çalışmaları davam etdirir: "Xəta payımızı minimallaşdırmaq üçün çox ciddi çalışırıq".
APA.az