Mərkəzi Bank depozit hərracı ilə bağlı məlumat yaydı

25 İyul 2016 16:11 (UTC+04:00)

AzNews.az Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, 25 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti manatla depozit hərracında tələb 50 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülən faiz dərəcəsi isə 6,99 % təşkil edib.