“2 il gecə-gündüz çalışdım” - 700 bal toplayan abituriyent

25 İyul 2016 22:39 (UTC+04:00)

Qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Qasımov Təbriz Nazim oğludur.

Rekorda imza atan T.Qasımov açıqlamasında qəbul imtahanlarında 700 bal toplayacağını gözləmədiyini deyib.

"Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Müəllimlərim mənə inanırdılar. Onlara təşəkkürümü bildirirəm. Bu nəticəni müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində əldə etmişəm. Hələlik hansı ali təhsil olacağına sənəd verəcəyimi dəqiqləşdirməmişəm. Yaxın günlərdə bu barədə qərarımı verəcəyəm".

AzVision.az