Bakıda mənzildə yanğın - Azyaşlı son anda xilas oldu

25 İyul 2016 23:11 (UTC+04:00)

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə hissələri və xilasedicilər cəlb olunub.

Hadisə zamanı evdə bir azyaşlı uşaq olub. Yanğınsöndürənlərin köməyi ilə xilas edilən azyaşlı valideynlərinə təhvil verilib. Onun xəsarət almadığı bildirilir.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın tam şəkildə lokallaşdırılıb, onun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi müəyyənləşdirilir.

Apa.az