​İrəvanda silahlı dəstə polis avtobusunu yandırdı

25 İyul 2016 23:33 (UTC+04:00)

Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

"Silahlı dəstə bir neçə dəqiqə əvvəl PPX alayı ərazisində "Chevrolet" markalı xidməti polis avtobusunu yandırıb. Ötən gün axşam isə, dəstə üzvləri polis "Qazel"ini yandırdıqdan dərhal sonra avtomobil təkərlərini küçəyə çıxardılar və ətrafdakı evlərin sakinləri üçün real təhlükə yaradaraq içərisinə güllə qoyub yandırdılar", - deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanları dəstə üzvlərini vətəndaşların sağlamlığı üçün təhlükəli olan və vəziyyəti gərginləşdirən hərəkətlər etməməyə çağırıb.


Report.az