“Yeni Günəşli”də ev yandı - Nənə nəvələri ilə yaralandı

26 İyul 2016 11:59 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə iyulun 25-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib.

Hadisə nəticəsində 54 kv m. sahədə yanar konstruksiyalar və mənzildəki əşyalar yanıb.

Xəsarət almış V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.