Rezidenturaya imtahan verəcək 60 namizədə - Xəbərdarlıq

26 İyul 2016 15:20 (UTC+04:00)

TQDK-dan AzNews.az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş namizədlər iyulun 21-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edirlər. Bu gün saat 11:30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 442 namizəddən 58 nəfəri "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap etməyib.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə onlayn sınaq imtahanı aparılır. 26 iyul saat 11:30-a olan məlumata əsasən, cəmi 174 nəfər sınaq imtahanında iştirak edib.