Sərnişin avtobusu qəzaya düşdü - Ölən və yaralananlar var

26 İyul 2016 22:26 (UTC+04:00)

Hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, "PAZ" markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Apa.az