Ermənilər yenə atəşkəsi pozdu
26 Noyabr 2012 06:20 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Bu barədə məlumat AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Düşmən cavab atəşi ilə susdurulub.
Elnarə
AzNews.az