Şirvandakı partlayışda 24 nəfər yaralanıb - Səhiyyə Nazirliyi

26 İyul 2016 22:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.

Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.