Zavodun partlamasına görə məsuliyyət kimin üzərinə düşür? – “Rəhbərlik ciddi cəza almalıdır”

27 İyul 2016 10:41 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, 3 ildir ki, fəaliyyət göstərən zavodda bir neçə dəfə məhz təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən belə ciddi hadisələr baş verib: "Həmin zavodda vaxtı keçmiş silah-sursatın invertizasiyası həyata keçirilir. Orda mərmilər var, hansı ki, vaxtı ötüb - sökülür, yığılır, metal bir tərəfə, digər detallar isə başqa hissələrə ayrılır. Həmin zavodda mina atanlar da hazırlanır".

Ü.Cəfərov hesab edir ki, əlaqədar şəxslərin öz vəzifə borclarına lazımı şəkildə yerinə yetirməməsi və bir qədər də zavodun Bakıdan uzaqda yerləşməsi müəyyən boşluqlara gətirib çıxardır: "Müdafiə Sənayesi Nazirliyi bu hadisədən nəticə çıxarmalıdır. Günahları olan şəxslər mütləq cəzalandırılmalıdırlar. Ələlxüsus da qurumun rəhbərliyi də bu məsələdə cavab verməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az