Bakıda 18 yaşlı rəqqasə yoxa çıxdı

27 İyul 2016 10:53 (UTC+04:00)

Məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinə müraciət edən qadın, qızı, 1998-ci il təvəllüdlü Ömərova Tahirə Tahir qızının iyulun 23-də günorta saatlarında evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Şikayətçi qızının xarakterik əlamətlərini və fotolarını polisə təqdim edib.

Bildirilir ki, itkin düşən 18 yaşlı qız rəqs qruplarından birinin üzvü olub.

Axtarış tədbirləri həyata keçirilir.

Lent.az