Nazir partlayışda ölənlərin dəfnində iştirak etdi

27 İyul 2016 13:46 (UTC+04:00)

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib. Y. Camalovun tapşırığına əsasən, zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.