Türkiyədəki hərbi çevriliş cəhdinin təfərrüatları - 8651 hərbçisi iştirak edib

27 İyul 2016 14:32 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının verdiyi məlumata görə, hərbi çevrilişə cəhddə Silahlı Qüvvələrin 1,5 faiz hərbçisi iştirak edib.

Qiyamçılar 35 təyyarə, 37 helikopter, 246 tank və 3 gəmidən istifadə ediblər.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Trend.az