Azərbaycan arpa ixracına başladı

27 İyul 2016 16:01 (UTC+04:00)

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev bildirib.

Onun sözlərinə görə, iyul ayında ixracı reallaşdırılan arpa məhsulunun həcmi 4 327,3 ton təşkil edib. Belə ki, xarici ölkələrə ixrac edilən arpa məhsulunun 3 115,6 tonu yemlik, 10 349,2 tonu isə ərzaqlıq arpa məhsuludur.

"2016-cı ildə də Azərbaycanda kənd təsərrüfatının inkişafı, ölkədə istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksədilməsi, ölkənin ixrac potensialının artırılması qarşıya qoyulan məqsədlərdən biridir. Əsasən də, ölkədə yetişdirilən taxıl məhsulları, eləcə də yem məhsullarının ixracı üçün yeni bazarların axtarılması vacib məsələlərdən biridir", - deyə C.Quliyev əlavə edib.

Xidmət rəisi deyib ki, Azərbaycanın bitkiçilik məhsullarının ixracı üçün yeni sifarişlər qəbul olunub və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.

Report.az