TANAP-ın bir hissəsini Malayziya şirkəti tikəcək

27 İyul 2016 19:53 (UTC+04:00)

Malayziya şirkəti TANAP layihəsinin Çanaqqala boğazından keçən 18 km uzunluğunda olan hissəsində tikinti işlərini həyata keçirəcək. Şirkət bununla bağlı keçirilən müvafiq tenderin qalibi olub.

Qeyd edək ki, TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 mlrd. kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1 800 km təşkil edəcək.

TANAP-da şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

Apa.az