“Qarabağ”ın cavab oyununun başlama saatı məlum oldu

27 İyul 2016 21:14 (UTC+04:00)

AzNews.az "Qarabağ" klubunun saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma avqustun 2-i, saat 20:30-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında Çexiyanın Plzen şəhərində keçirilən ilk matç 0:0 hesabı ilə başa çatıb.