FED dünyanın gözlədiyi qərarı açıqladı - Yenilənib

27 İyul 2016 22:41 (UTC+04:00)

Bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamasında bildirilir.

Bildirilir ki, iyun ayında məşğulluğun artması olduqca yüksək olub, bundan başqa, təsərrüfat subyektlərinin xərcləri artıb. "İnflyasiya 2% səviyyəsindən aşağı olaraq qalır ki, bu da energetika sahəsində qiymət azalması ilə bağlıdır", - deyə açıqlamada bildirilir.

***
22:25

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.


Apa.az