“Caspian MMC”-nin həyətində intihar

26 Noyabr 2012 07:17 (UTC+04:00)
Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ceyhun Hacıbəyli 109 ünvanında yaşayan 1933-cü il təvəllüdlü Salman Piriyev evinin həyətində özünü asaraq intihar edib.

Oxşar hadisə paytaxtın Səbail rayonunda da qeydə alınıb. Salyan şosesi 32 ünvanında "Caspian MMC"-nin həyətində oranın mühafizəçisi, 1980-ci il təvəllüdlü Sadıqov Rəhman Dilqəm oğlu özünü traktorun qovuşundan asıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az