Tibb Universitetində dəyişiklik - Klinikanın baş direktoru işdən çıxdı

28 İyul 2016 17:39 (UTC+04:00)

Universitetdən AzNews.az-a verilən məlumata görə, həmin vəzifəyə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib. S.Musayev isə həmin klinikanın uşaq xəstəlikləri kafedrasının professoru kimi fəaliyyətini davam etdirəcək.

Digər dəyişikliklə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev vəzifəsindən azad edilib. Onun yerinə Rauf Bəylərov təyin edilib.